ITone, 2018-ci ildən bəri informasiya texnologiyaları sahəsində qabaqcıl və davamlı həllər təklif edən güvənilir tərəfdaşdır. Təcrübəli və sertifikatlı mütəxəssislərdən ibarət komandamız müştərilərimizin texnoloji tələblərinə uyğun sürətli və səmərəli yanaşmalar təqdim edir.
Fəaliyyətimiz müddətində 50-ə yaxın müəssisə ilə əməkdaşlıq etmiş, bir çox layihəni müvəffəqiyyətlə yekunlaşdırmışıq. Xidmətlərimizə IT dəstək, kibertəhlükəsizlik, server idarəetməsi, bulud texnologiyaları və videomüşahidə sistemləri daxildir.
ITone-un əsas məqsədi –müştərilərimizə hər zaman yüksək keyfiyyətli xidmət təqdim etməkdir. Bu hədəfə çatmaq üçün bütün iş proseslərinə ciddi şəkildə nəzarət edir, mütəmadi olaraq yoxlamalar aparır və zəruri hallarda təkmilləşdirmələr həyata keçiririk.
© ITone. Bütün hüquqlar qorunur.